`Qafqaz` Universitetini SOCAR bağlatdırıb - Açıqlama


18:58     20 İyul 2016 97895039.jpg

““Qafqaz” Universitetinin bağlanması barədə xəbəri mətbuatdan oxuduq. Bununla bağlı bizə rəsmi məlumat verilməyib”.



Femida.az xəbər verir ki, bunu AzVision.az-a açıqlamasında Qafqaz Universitetinin mətbuat xidmətinin rəhbəri Ceyhun Vəliyev deyib.

“Universitetin bağlanması ilə bağlı işçilərə, tələbələrə, ümumiyyətlə heç kimə açıqlama verilməyib. Biz də bu barədə mətbuatdan oxuduq. Yeni məlumat olsa, ictimaiyyətə açılanacaq.

“Qafqaz” universitetinin təsisçisi SOCAR-dır. Rəsmi məlumatdan göründüyü kimi, universitet SOCAR tərəfindən bağlatdırılıb.Tələbələrin hara köçürüləcəyi barədə hazırda heç bir məlumat yoxdur”-deyə C.Vəliyev bildirib.

Qeyd edək ki, “Qafqaz” Universitetinin Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Müvafiq rəsmi sənədlər Nazirliyə daxil olduqdan sonra universitetdə təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyi tərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

Açar sözlər:

Oxunub: 7314